Şənbə , Oktyabr 1 2022
azfa

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) 12 Şəhrivər münasibətilə bildirişi

GADTB: İrqçi fars rejim tərəfindən Məmaliki Məhrusə və Güney Azərbaycanın çevrilişlə qəsb və işğal edilməsindən sonra Azərbaycan Türk Milləti Güney Azərbaycanda dəfələrlə öz istiqlalını bərpa etmək üçün böyük hərəkatlara başlamışdır. Həmin hərəkatlardan ən böyüyünün əsası da sırf 12 Şəhrivər müraciəti ilə qoyulmuşdur.

Güney Azərbaycanda Azərbaycan Milli Hökumətinin qurulması istiqamətində 1945-ci ildə Seyid Cəfər Pişəvərinin başçılığı ilə Azərbaycan Demokrat Firqəsi yaradıldı. Azərbaycan Demokrat Firqəsinin başçılığı ilə 1945-ci il şəhrivər ayının 12-də (3 sentyabrda) 12 Şəhrivər Müraciəti yayılmaqla həmin dövrün ictimai-siyası şəraitinə uyğun olaraq işğal və zülmə məruz qalmış Azərbaycan Türk Millətinin müasir dövrdə dövlətçiliyini bərpa etmək qarşıya məqsəd qoyuldu.

Güney Azərbaycanda Azərbaycan Demokrat Firqəsinin yaranması və 12 Şəhrivər Müraciəti ilə Azərbaycan Milli Hökuməti quruldu. Lakin tarixi şəraitin dəyişməsi və  Şərq- Qərb bloklarının sovdalaşması, eləcə də fars şovinizminə yardım etmələri nəticəsində yenicə yaradılan Azərbaycan Milli Hökuməti ciddi hücuma məruz qaldı. Güney Azərbaycan İranın irqçi fars rejimi tərəfindən işğal edildi. İrqçi farslar Güney Azərbaycanda türk millətinə qarşı dəhşətli soyqırım törətsələr də Azərbaycan Türk Millətinin iradəsini sındıra bilməmişlər və bu gün Azərbaycan Milli Hərəkatı daha güclü və geniş şəkildə Azərbaycan Türk Millətinin müstəqilliyi və azadlığı uğrunda çalışmaqdadır.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) 12 Şəhrivər Müraciətini həmin dövrdə dünya və regionun ictimai-siyası şəraitinə uyğun olaraq işğal və zülmə məruz qalmış Azərbaycan Türk Millətinin müasir dövrdə dövlətçiliyini bərpa etməyi qarşıya məqsəd qoyduğunu bildirərək, bu gün isə millətimizin tələblərinin daha da təkmilləşərək dövrün tələblərinə uyğun sırf Güney Azərbaycanın müstəqilliyi olduğunu bildirir. GADTB bu istiqamətdə Azərbaycan Türk Millətini Güney Azərbaycanda dövlətçiliyimizi bərpa etmək üçün birlik və həmrəyliyə çağırır.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Sayın Mikayıl bəy Oyta dövlət rəsmilərilə birgə Avstraliya İslam Birliyi Federasiyasının tədbirinə qatıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya-Azərbaycan Assosiasiyası prezidenti və Güney Azərbaycan Demokratik Türk …

Təbriz etirazçılar milli şüarlar səsləndirdi-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün səhər tezdən Güney Azərbaycanın Təbriz, Zəncan, …