Bazar , Oktyabr 18 2026
azfa

İran “Araz” Azad İqtisadi Zonası vasitəsilə Ermənistan və Rusiyaya ixracı sadələşdirir

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, İran “Araz” Azad İqtisadi Zonası vasitəsilə Ermənistan və Rusiyaya ixracı sadələşdirməyə çalışır.

“Araz” Azad İqtisadi Zonasının baş direktoru Məcid Kiyani İran-Ermənistan Birgə Ticarət Palatasının sədri ilə görüşdə sözügedən iqtisadi zonada, xüsusən də Ermənistanla Norduz gömrük-keçid məntəqəsində kommersiya nöqteyi-nəzərindən infrastruktur və logistik imkanlarını təqdim edib və deyib: “İran-Ermənistan Müştərək İqtisadi Komissiyasının 17-ci iclasında çox vacib məsələlər qaldırılıb, lakin yuxarıda qeyd olunan məsələlərdən yalnız bir neçəsi həyata keçirilib və onların icrası üçün əməliyyat planı tərtib edilməlidir”.

“İranın Ermənistandakı səfirliyi və İran-Ermənistan Birgə Ticarət Palatası iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı və genişləndirilməsində və texnologiyanın ötürülməsində mühüm rol oynaya bilər”,-deyə o əlavə edib.

“Araz” Azad İqtisadi Zonasının, eləcə də Ermənistanın potensial və imkanlarının tərəflərə lazımınca təqdim olunmadığına diqqət çəkən Məcid Kiyani habelə bildirib: “Məhz bu amil işgüzar münasibətlərdən tam yararlana bilməməyimizə səbəb olub”.

Görüşdə İran-Ermənistan Birgə Ticarət Palatasının rəhbəri Hervik Yarıcanyan da qeyd edib: “Mehri müştərək azad iqtisadi zonasını yaratmaqla həm Ermənistan zavodlarına lazımı xammalın satışından, həm də xammal tədarükündən faydalanmaq olar”.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …