Çərşənbə , Oktyabr 21 2026
azfa

Abbas Lisani: “Şübhəsiz ki, Azərbaycan milləti xoşbəxtliyi və azadlığı dadacaq”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı siyasi məhbus Abbas Lisani tibbi məzuniyyətdə olduğu vaxt öyrəncilərlə görüşündə onlara Azərbaycan Milli Hərəkatı və problemlər barədə çıxışlar edərək tövsiyələr verib.

Abbas Lisani yenidən Ərdəbildə zindanına qaytarıldıqdan sonra onun çıxışı hissə-hisssə yayılmaqdadır.

Abbas Lisani öyrəncilərlə görüşündə etdiyi çıxışında uzun illər Azərbaycan türklərinin milli şüurunun yüksəldilməsində məsuliyyətli və inanclı milli fəalların hərəkatın uğurlarının əsas sütunları olduğuna toxunaraq, rejimin ETTELAAT orqanlarına və irqçi farslara xitabən deyib: “Sizin ağalarınız və sahibləriniz Azərbaycan milli hərəkatı qarşısında nə edə biliblər ki, siz də nə edəsiniz?”.

Abbas Lisani həmçinin deyib: “ETTELAAT məmurları uzun illər müxtəlif üsullarla milli hərəkat fəallarını mədəni və dinc mübarizə yolundan yayındırmağa çalışır, ancaq hərəkatı idarə edən milli şüurlu gənc nəslin biliyi,​ ağsaqqalların müdrikliyi nəticəsində onların oxları daşa dəyir. Azərbaycan millətinin əqidə və inanclarına, milli dəyərlərinə hörmətlə yanaşma prinsipi əsasında aparılan mübarizə nəticəsində şübhəsiz ki, Azərbaycan milləti xoşbəxtlik və azadlığa qovuşacaq”.

Həmçinin yoxlayın

Təbrizdə Vahid Vidafərin bir paylaşımı bəyənməsinə görə 75 gündür həbsdə saxlanıldığı və taleyinin qeyri-müəyyən olduğu bildirilir

GADTB: Təbriz şəhərində yaşayan Vahid Vidafər həbs olunmasından 75 gün keçməsinə baxmayaraq, hələ də taleyi …

Azərbaycanlı siyasi məhbuslara təzyiqlər artır: Milli fəallar Təbriz həbsxanasında ümumi cinayət məhbuslarının saxlanıldığı kameralara köçürülüb

GADTB: Yayılan məlumatlara görə, Azərbaycanlı siyasi məhbuslar Yürüş Mehrəlibəyli, Əli Babayi və Əli Nəjadabbasi Bostanabadinin …