Cümə , Aprel 17 2026
azfa

Güney Azərbaycan şəhərlərində təqaüdçülər etiraz aksiyası keçirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Zəngan, Ərdəbil və s. şəhərlərində təqaüdçülər etiraz aksiyası keçiriblər.

Dekabrın 28-də Güney Azərbaycanın həmin şəhərlərində Təqaüdçülər Fondunun binaları qarşısına toplaşan etirazçılar təqaüdlərinin aşağı olmasına, rütbələndirmə və bərabərləşdirmə qanununun tətbiq olunmamasına, sığorta xidmətləri sahəsindəki problem və çatışmazlıqların həll olunmamış qalmasına etirazlarını bildiriblər.

Onlar “təqaüdçülərin dövlət və parlamentdən gözlədikləri təqaüdlərin daimi bərabərləşdirilməsi”, “ayrıseçkilik və ədalətsizliyə son” və s. şüarlar səsləndirib və palakardlar açıəblar.

Bundan bir neçə gün öncə, eyni istəklərlə Təbrizdə təqaüdçülər etiraz aksiyası keçirmişdilər.

Həmçinin yoxlayın

Molla rejimin həbs etdiyi Səğər Qulamidən heç bir məlumat verilmir

GADTB: Səğər Qulami adlı 19 yaşlı Türkmən əsilli gənc xanım bir neçə ay əvvəl keçirilən …

İranın neft ixracının dayanmasına iki aya qədər davam gətirə biləcəyi deyilir

GADTB: “Reuters”in yaydığı məlumata görə, ABŞ-ın İran limanlarına gedib-gələn daşımaları məhdudlaşdırması nəticəsində ixrac dayansa belə, …