Güney Azərbaycanda azadlıq maskası ilə azərbaycanlı siyasi məhbuslara azadlıq tələb edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin həbs etdiyi azərbaycanlı siyasi məhbuslara Güney Azərbaycanın müxtəlif şəhərlərində azalıq tələbi ilə etirazlar keçirilir.

Bir qrup azərbaycanlı milli-mədəni fəal Ərdəbil şəhərində meydanların birinə toplaşaraq irqçi fars rejimin zindanlarında həbs edilən milli-mədəni fəalların görüntüsünü əks etdirən maska taxamaqla onların qeyd-şərtsiz azadlığa buraxılmasını tələb ediblər. Fəallar fars və ingilis dilində “Azərbaycanın siyasi məhbuslarını azad edin” yazılmış banner də nümayiş etdiriblər.

Azərbaycanlı fəalların maskadan istifadə etməsi rəmzi məna daşıyıb və onlar bu vasitə ilə siyasi məhbusların azadlığını tələb etməklə yanaşı onların ideya və mübarizə yollarının davam edəcəyini vurğulayiblar.

Həmçinin yoxlayın

Bloomberg: “CENTCOM İran ərazisinə nüfuzetməni artırmaq üçün hipersəs raketlər yerləşdirməyə çalışır”

GADTB: Bloomberg xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı İslam Respublikasına qarşı mümkün istifadə üçün Yaxın …

Molla rejimin həbs etdiyi təbrizli gənc Aydın Milanın taleyindən 20 gündür xəbər yoxdur

GADTB: Təbriz sakini, 25 yaşlı azərbaycanlı gənc Aydın Milan təxminən 20 gün əvvəl molla rejimin …

Bir cavab yazın