Çərşənbə , Aprel 29 2026
azfa

Güney Azərbaycanda Beynəlxalq Ana Dili Günü müxtəlif tədbirlərlə anıldı; türkcə çizgi filmləri və kitablar paylandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli-mədəni fəallar Güney Azərbaycanda Beynəlxalq Ana Dili Günü müxtəlif tədbirlərlə anıldılar.

Zəncanda və başqa şəhərlərdə çox sayda  türkcə çizgi filmləri CD-lərə yazılaraq azərbaycanlı uşaqlara paylanılıb.

Azərbaycanlı milli-mədəni fəallar Beynəlxalq Ana Dili Günü ilə bağlı Təbriz, Ərdəbil, Urmiya, Tehran, Kərəc, Zəncan, Xiyov, Vərziğan, Mərənd, Qoşaçay, Əcəbşer, Muğan və s. Azərbaycan şəhərlərində çox sayda türkcə kitablar, traketlər və yazı ləvazimatı paylayıblar.

Qeyd edək ki, hər il Güney Azərbaycanın müxtəlif şəhərlərində yeni təhsil ilinin başlanması, 21 Fevral – Beynəlxalq Ana Dili Günü və 17 dekabr türkcə kitabların yandırılmasının ildönümü ilə bağlı ana dilində kitablar paylanılır.

Bu günə kimi çox sayda azərbaycanlı milli-mədəni və anadilində təhsil tələb edən fəal  qondarma ittihamlarla uzun müddətli həbs cəzalarına məhkum edilib. bu haqlı tələblərlə bağlı Abbas Lisani, Əlirza Fərşi, Əli və Rza Vasiqi qardaşları, Tohid Əmirəmini, Məhəmməd Eyni, Əkbər Nəimi, Ruzbeh Piri və s. azərbaycanlı fəallar ana dili uğrunda apardıqları dinc fəaliyyətlərinə görə hələ də həbsdədirlər.

Həmçinin yoxlayın

Qrossi: Yüksək zənginləşdirilmiş uranın əsas hissəsi İsfahan nüvə kompleksində saxlanılır

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi bildirib ki, İranın yüksək zənginləşdirilmiş uran …

Güney Azərbaycanın tanınmış hüquqşünası və jurnalisti İsa Nəzəri vəfat edib

GADTB: Güney Azərbaycanın tanınmış hüquqşünası, jurnalisti və “Nəvid Azərbaycan” həftəlik jurnalının baş redaktoru İsa Nəzəri …