Cümə , Aprel 19 2024
azfa

Güney Azərbaycanda millət vəkillərin fars rejimin təhsil nazirinin irqçi bəyanatına etirazı davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda millət vəkillərin fars rejimin təhsil nazirinin “məktəblərdə qeyri-fars xalqların dillərində dərs keçməyin qadağan olduğuna” dair irqçi bəyanatına etirazı davam edir.

Millət vəkillərin etirazının davamında Meşginşəhrdən millət vəkili Vəli Məleki fars rejimin təhsil nazirinin irqçi açıqlamasını nazirliyin təbii misiyasına zidd adlandıraraq demişdir: “Mən bir millət vəkili və ana dili türkcə olan bir şəxs kimi bu dildə danışmağımla fəxr edirəm. Təhsil nazirinə də deyirəm ki, öz həddini bilsin və vəzifə səlahiyyətlərini aşmasın. Biz dilimizi məhdudlaşdıran, onu təhqir edən və ümumiyyətlə mədəniyyətimizə qarşı uzanan istənilən dili kəsərik. Təhsil nazirini məclisə çağırıb, ona sual ünvanlamaqla, tutduğu vəzifədən uzaqlaşdıra da bilərik. Onda bilər ki, ana dili məsələsi nədir!”.

İrqçi nazirin bəyanatına etiraz edən digər millət vəkili Bostanabadın məclisdəki millət vəkili Məhəmməd Vəhdətidir. Vəhdəti isə deyib: “Yerli dillərin məktəb və universitetlərdə tədris olunması ölkə konstitusiyasına təmami ilə uyğundur. Ona görə də təhsil naziri Məhəmməd Bəthayinin yerli dillərin tədrisinin qadağan olmasına dair verdiyi açıqlama əsassızdır. Görünür ki, onun konstitusiyadan xəbəri yoxdur,  lakin bir nazir kimi konstitusiyanı yenidən oxumalıdır. Hesab edirəm ki, Məhəmməd Bəthayi İranın bütün türklərinndən üzr istəməlidir. O həmçinin konstitusiyanı görməzdən gəldiyi üçün ayrıca üzr istəməlidir”- deyə millət vəkili Təbrizin yerli saytlarından birinə deyib.

Təbriz, Azərşəhr və Üskünün məclisdəki millət vəkili Məsud Pezeşkian rejimin təhsil nazirinin irqçi bəyanatına etiraz olaraq deyib: “Ölkə konstitusiyasının 15-ci maddəsində ana dilinin tədris olunması azad elan olunub. Ona görə də yerli dillər məktəb və universitetlərdə tədris olunmalıdır, əks halda ölkə daxilində nifaq yarana bilər. Bütün məsullar konstitusiyanın 15-ci maddəsinin icrası haqda məsuliyyət daşıyır. Mən özüm parlament sədrinin müavini kimi bu məsələni gündəmə gətirməyə çalışacam”.

Pezeşkian həmçinin deyib: “Ana dilinin tədrisi məsələsində hər kəsin öz ağlına görə fikir irəli sürməsi düzgün deyil. Hamı qanuna riayət etməlidir. Qanunun icrasını tələb edənlər də pantürkizmdə ittiham olunmamalıdır.”

Rejimin irqçi nazirinə etiraz edən millət vəkillərindən biri də Urmiyanın məclisdəki millət vəkili Nadir Qazipurdur. O deyib: “Belə açıqlamalar konstitusiyaya zidd olmaqla yanaşı həm də bir növ ağılsızlıqdır. Görünür ki, belə açıqlamalar verənlər ölkənin həssas şəraitdə olmasından xəbərsizdilər. Təhsil naziri Məhəmməd Bəthayi qeyri-standart məktəblərin vəziyyətinə yetirmək, müəllimlərin tələblərini təmin etmək və kaneks (dəmirdən hazırlanmış evlər) məktəblərini normal məktəblərlə əvəz etmək yerinə konstitusiya və ölkə rəhbərinin sözlərinə zidd fikirlər söyləyir”

“Azərbaycan əhalisi çox şərəfli insanlardır. Bizim qadınlarımız qızılları ilə Sovet ordusunu bu ölkədən çıxardıb. Bizim şərafətimiz kimsənin milli mənafeyimizə qarşı nəsə etməsinə icazə verməz. Azərbaycan əhalisi 8 illik müharibədə İranın müstəqilliyi və ərazi bütövlüyü uğrunda minlərlə şəhid verib. Bu insanların övladları öz dilini öyrənməlidir. Ana dilində dərs keçmək şübhəsiz ki, şagirdlərin inkişafına xüsusi təsir göstərəcək”.

Qeyd edək ki, iyul ayının 14-də İran adlanan ölkənin Təhsil naziri Məhəmməd Bəthayi şagirdlərə qeyri-fars xalqların dillərində dərs keçməyin qadağan olduğunu vurğulayaraq məktəblərdə fars dilinin tədris olunması məsələsini “sistemin qırmızı xətti” adlandırmışdır.

 

 

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın