GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejimin Güney Azərbaycandan ayıraraq, Gilan vilayətinə birləşdirdiyi Astara bölgəsinin meşələrində yanğın baş verib.
İsti küləyin əsməsinin yanğına səbəb olduğu bildirilir.
Gilan vilayəti Təbii Ehtiyatlar və Su İdarəsinin baş direktoru Möhsün Yusifpur bildirib ki, meşə yanğını 9 hektar sahəni əhatə edib.
M.Yusifpur bildirib ki, alovun söndürülməsinə baxmayaraq, isti küləyin davam etməsi nəticəsində yanğın yenidən aktivləşib.
Məlumata görə yanğın azərbaycanlı kəndlilərin yaşadığı kəndlərə yaxınlaşıb.