Cümə axşamı , Mart 28 2024
azfa

Güney Azərbaycanın istiqlalçı təşkilatları tərəfindən Güney Azərbaycan İstiqlalçılar Birliyinin elan bildirişi

İşğalçı fars rejimi, milli hərəkatı parçalayıb, əsas amalından uzaqlaşdıraraq, ideologiyasız və öz nəzarəti altında olan bir hərəkata çevirməyi qarşıya məqsəd qoyub. Bu məqsədlə min bir oyundan çıxan İran-fars rejimi hətta Hizbullah və s. belə terror təşkilatları qurub, maliyələşdirməkdən də çəkinmir. Sözsüz ki, Güney Azərbaycan Milli Hərəkatının istiqlalçı təşkilatları İranın bu fitnəkarlıqlarını təsirsizləşdirməyi və  müstəqillik uğrunda mücadiləni daha effektiv davam etdirməyi qarşıya məqsəd qoyub.

Güney Azərbaycanın istqilal mücadiləsinin daha kəskin, güclu və mütəşəkkil olması artıq bir zərurətdir. Bu günədək göstərilən səylər nəticəsində müəyyən birlik və ittifaqlar yaransa da, ancaq düşüncədə birlik və hədəfdə şəffaflıq olmadığı üçün bu birliklər uğursuzluğa düçar olmuş, arzu olunan nəticə əldə olunmamışdır.

Güney Azərbaycanın istiqlal mücadiləsinin daha effektiv aparılması məqsədilə biz eyni düşüncəli, eləcə də hədəfdə şəffaf strateji və taktikə malik olan istiqlalçı təşkilatlar, uzun müzakirələrdən sonra Güney Azərbaycan İstiqlalçılar Birliyini elan edirik. Güney Azərbaycan İstiqlalçılar Birliyininin başqanı olaraq Əjdər Tağızadə seçilmişdir. Bu gündən etibarən Güney Azərbaycan İstiqalalçılar Birliyi tərkibində istiqlalçı təşkilatlar kimi birgə mücadiləmizə davam edəcəyik. Güney Azərbaycan İstiqlalçılar Birliyinin qapısı bütün istiqlalçı təşkilatlara açıqdır. Açıq şəkildə istiqlal yolunda mübarizə aparan siyasi təşkilatlar Güney Azərbaycan İstiqalalçılar Birliyinin Platformasını qəbul edtikləri halda bu birliyə üzv olaraq, məsuliyyət qəbul etmələrini və gücumüzü birləşdirməyi arzu edirik. Güney Azərbaycan İstiqlalçılar Birliyi fərdi üzv qəbul etmir və sırf siyasi istiqlalçi təşkilatlar bu quruma üzv ola bilər.

Qururcu  təşkilatlar:

  • Güney Azərbaycan Demokratik Türk Birliyi
  • Güney Azərbaycan Milli Yol Təşkilatı
  • Güney Azərbaycan İstiqlal Partisi

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın