Bazar ertəsi , May 12 2025
azfa

Güney Azərbaycanın Xoy şəhərində tutulanların azərbaycanlıların bəziləri zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Güney Azərbaycanın Xoy şəhərində 2017-ci il dekabr ayının 31-də keçirilən etiraz aksiyası ilə bağlı tutulan azərbaycanlı fəallardan bəziləri mülki vəsiqə qarşılığında zaminə buraxılıblar.

Yazıçı və mütərcim Şəhriyar Güləvani, peşəkar xəttat Abbas Köçəri və islahatçı fəal Məcid Məhəmmədi hər biri 500 milyon tümənlik, həmçinin milli-mədəni fəallar Milad Hacilu və Məhəmməd Əbazəri  300 və 200 milyon tümənlik vəsiqə qarşılığında Xoy zindanından zaminə buraxılıblar. Həmin fəallarla yanaşı aksiya ilə əlaqədar tutulanlardan daha bir neçə nəfəri də zaminə buraxılıb, lakin onların adları barədə məlumat yoxdur.

Tutulan fəalların bəziləri isə Xoy zindanında hələ də qeyri-müəyyən vəziyyətdə saxlanılır. 20 yaşlı Arif Sultanəlizadə və 23 yaşlı Atif Sultanəlizadə də qeyri-müəyyən vəziyyətdə Xoy zindanında saxlanılır.

Həmçinin yoxlayın

Azərbaycanlı milli fəallar hələ də qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılırlar

GADTB: İrqçi fars-molla rejimin həbs etdiyi Azərbaycan Milli Hərəkətinin iki gənc fəalı Huşəng Nağızadə və …

Molla rejimi Ərdəbildə azərbaycanlı fəal Ramin Nəcəfvəndi Kəşfiyyat Polisinə çağırılıb

GADTB: Traxtur komandasının ərdəbilli tərəfdarı Ramin Nəcəfvənd 10 may, şənbə günü Ərdəbildə Kəşfiyyat Polisinə çağırılıb …

Bir cavab yazın