GADTB: İran rejiminin müxalif qüvvələrilə Azərbaycan Milli Hərəkatının birləşməsi imkansızdır.
Güney Azərbaycanın milli hərəkatı mahiyyətcə Azərbaycan və Azərbaycanın gələcəyinə xas olan bir hərəkatdır. İran adlanan ölkə çərçivəsi içində hər hansı bir adla və şəkillə aparılan dəyişiklik bizim məsələmiz deyildir. Bizim bir kimliyimiz var o da azəbycanlılıqdır.
Azərbaycanlının həm də iranlı olması mümkün deyildir. Çünki, iki kimlikli bir millət olmaz. Bəziləri assimilyasiya yaxud hər hansı səbəblər üzündən bu müstəmləkə həyatını qəbul edib, onun davamına çalışırlarsa təəssüfedicidir. Bu milli hərəkatın yolu deyildir.
Bu gün Azərbaycan milli hərəkatını çeşidli yollarla kontrol və baykot etməyə çalışan və görməməzlik siyasəti yürüdən güclər bu gün Güney Azərbaycan gərçəkliyi və reallıqları ilə üzləşmək zorunda qalmışlar. İran adlanan yerdə Azərbaycanlılar qatılmadan heç bir dəyişimin aparılmasının mümkün olmadığını anlayan qərblilər bu dəfə Azərbaycan milli hərəkatını İran müxalifətinin (opozisionun) altına çəkməyə çalışırlar ki, bu gücdən öz məqsədləri üçün yararlansınlar və milli hərəkatın istiqamətini və gediş yolunu dəyişəsinlər.
İran işğalçı rejiminə qarşı mübarizədə prinsiplərimizə uyğun olan bütün imkanlardan faydalanmağın zərurətini dərk etdiyimiz halda, kəsinliklə bunu qeyd etmək istərədik ki, İran opozisionu ilə bir araya gəlmək, və ya birləşmək İrançılığı və İran dövlətini qəbul etmək mənasına gəlir. Daha ilk başda dediyimiz kimi iranlılıq kimliyini qəbul etmək, Azərbaycanlılıq kimliyimizi qurban vermək deməkdir. Başqa bir sözlə də desək öz varlığımızı danmaqdır.
Güney Azərbaycan milli hərəkatı İran adlanan yerdə rejimin əleyhinə olan qüvvələrlə hər hansı əməkdaşlıq və müzakirədən qabaq bəlli şərtlərin yerinə gətirilməsini istəyir. O da Azərbaycana və Azərbaycan türk millətinə qarşı aparılmış cinayətlər üçün üzr istəmək, Azərbaycanın işğal olduğunu qəbul etmək və bu işğala son qoyma usullarını ortaya qoymaqdır.
Başqa sözlə desək, İran adlanan yerin müxalif qüvvələri və onları himayə edən xarici qüvvələr, istiqlaliyəti Azərbaycan millətinin təbii haqqı olduğunu rəsmi şəkildə elan etmədikləri müddətcə, onlarla müzakirədən söhbət gedə bilməz. Qərb dayərlərinin bir qrup özümüzdən olan özgələri Azərbaycan millətinin təmsilçisi kimi göstərmə cəhdlərini qınayıb və millətimizə arxadan xəncər vurma kimi dəyərləndiririk. Şəxsi çıxarlarını millətimizin və Azərbaycanımızın çıxarlarına üstün tutan belə şəxslər isə millətimizin qarşısında üzüqara olub, tarixdə xain adlanan şəxslər olacaqlar.
Biz güney Azərbaycan İstıqlalçılar Birliyi olaraq yuxarıda qeyd edilən şərtlərimiz qəbul edilmədiyi müddətcə hər hansı bir İran müxalifəti ilə bir masa başında oturmağı və müzakirəni rədd edirik.
Güney Azərbaycan İstiqlalçılar Birliyi