Cümə , Oktyabr 18 2024
azfa

Güney Azərbaycan şəhərlərində rabitə sahəsində çalımış təqaüdçülər etiraz aksiyası keçiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Güney Azərbaycanın Təbriz, Urmiya və Ərdəbil şəhərlərində rabitə sahəsində çalışmış təqaüdçülər ağır dolanışıq şəraitinə etiraz etmək üçün aksiyalar keçiriblər.

Güney Azərbaycan şəhərləri ilə yanaşı həmçinin paytaxt Tehran, eləcə də Lorestan, İsfahan, Kürdüstan, Kermanşah, Xuzistan və Mazandaran əyalətlərində etiraz aksiyalarının daha geniş şəkildə baş tutduğu bildirilib.

Qeyd edək ki, təqaüdçülər tələblərinin yerinə yetirilməməsinə, o cümlədən tibbi sığorta və məşğulluq qaydalarına tam əməl olunmamasına etiraz ediblər.

Həmçinin yoxlayın

Türkiyə “3+3” platformasının İstanbuldakı iclası ilə bağlı açıqlama yayıb

GADTB: Türkiyə Xarici İşlər Nazirliyi (XİN) “3+3” platformasının İstanbuldakı iclası ilə bağlı açıqlama yayıb. Açıqlamada …

İrqçi far-molla rejimi azərbaycanlı fəalı cərimə cəzasına məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı fəal Əmir Bədrini cərimə …