Şənbə , Oktyabr 17 2026
azfa

Ərdoğan Zəngəzur dəhlizi ilə bağlı mühüm mesaj verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra keçirilən mətbuat konfransında deyib: “Ermənistandan sülh və firavanlığa yönəlmiş yanaşma gözləyirik”.

O, Qarabağda qələbə münasibəti ilə bir daha Azərbaycanı təbrik edib.

“Ermənistan Zəngəzur dəhlizinin açılması başda olmaqla, verdiyi vədlərə əməl edərsə, bu ölkənin rəhbərliyi ilə mərhələli şəkildə əlaqələrimizi inkişaf etdirməyə hazırıq”, – Ərdoğan qeyd edib.

Türkiyə lideri İranı da regionda sülhün, gələcək siyasi və iqtisadi addımların yolunu açacaq bu tarixi layihədə birlikdə hərəkət etməyə çağırıb.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …