Çərşənbə axşamı , Oktyabr 22 2024
azfa

Güney Azərbaycan şəhərlərində təqaüdçülər yenidən etiraz aksiyası keçirdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Urmiya, Zəncan, Ərdəbil və Təbriz şəhərlərində İran Telekommunikasiya Şirkətinin təqaüdçüləri yenidən etiraz aksiyası keçiriblər.

Azad İçilər Birliyinin yaydığı məlumata görə, təqaüdçülər pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər.

Tələblərini əks etdirən plakatlar qaldıran təqüdçülər Rabitə Nazirliyinin rabitə şirkətlərindəki səhmdarları dəstəklədiyini, işçi və təqaüdçülərin hüquqlarının pozulmasına göz yumduğunu bildiriblər.

Qeyd edək ki, təqaüdçülərin 3 ilə yaxındır eyni tələblərlə etiraz aksiyaları keçirsələr də, problemləri həll edilməyib.

Həmçinin yoxlayın

Azərbaycan müdafiə naziri Qırğızıstana rəsmi səfər edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Qırğız …

“SAHA EXPO” müdafiə və aerokosmik sənaye sərgisi İstanbulda açıldı

GADTB: Avropanın ən böyük  “SAHA EXPO” müdafiə və aerokosmik sənaye sərgisi İstanbulda açılıb. Türkiyə Prezident …