
GADTB: Axşam saatlarında Güney Azərbaycan şəhərləeində Traxtur komandasının çempionluq şənliyi keçirilib.
Təbriz, Urmiya¸ Ərdəbil, Miyana, Zəncan, Xoy, Mərənd, Sulduz, Tehran və s. Güney Azərbaycan şəhərlərində Traxtur komandasının çempionluq şənliyi keçirilib. Təbrizin bütün məhəllələrində möhtəşəm şənlik keçirilib. Azərbaycan Türk Milləti şənlik edərkən milli şüarlar səsləndirib:
“Azərbaycan var olsun, istəməyən kor olsun!”
“Türk dilində mədrəsə- olmalıdır hər kəsə”
“Bu torpaqdan pay olmaz, Astara Gilan olmaz”
Və s. milli şüarlar səsləndirilib.
Miyana şəhərində hökumət qüvvələri “Traktor” komandasının azarkeşlərinə hücum edib
Polis məmurları “Traktor” komandasının çempionluq bayramı münasibətilə keçirilər yürüşü dağıtma məqsədi ilə Miyana şəhərinin küçələrində şəhər əhalisinin toplanmasının qarşısını almağa başlayıb.
Məmurlar şəhərdə gənclərdən birini tutaraq polis maşınına mindiriblər.
Bu an vətəndaş digər bir ictimai fəal gəncin həbsinə etiraz edib. Lakin məmurlar həmin fəalı da həbs ediblər, lakin onlar vətəndaşların müdaxiləsi və müqaviməti ilə üzləşib və sonda həbs olunan hər iki gənci sərbəst buraxmağa məcbur olublar.
Video: