
GADTB: Güney azərbaycanın Ərdəbil şəhərindən 22 km məsafədə yerləşən Talıb Qışlağı kəndinin əhalisi Ərdəbilin “Vəhdət Meydanı”nda son aylar ərzində dəfələrlə aksiua keçirərək bölgədəki qu, çıngıl və gil yataqlarının istismarına son qoyulmasını tələb ediblər.
Etirazçı kənd sakinləri hakimiyyəti yaşadıqları bölgənin təbii sərvətlərini və ekosistemini talan etməkdən əl çəkməyə çağırıblar.
Talıb Qışlağı kəndinin və ətraf kəndlərin əhalisinin əkinlərinin suvarıldığı Qara Su çayı da illərdir kimyəvi və sənaye çirklənməsinə məruz qalıb.