Cümə axşamı , Oktyabr 15 2026
azfa

Güney Azərbaycanda Ana Dili günü münasibətilə bildirşlər paylanılıb

Dünən Beynəlxalq Ana Dili Günü münasibəti ilə Güney Azərbaycan Milli Hərəkatının fəalları bildirişlər paylayıblar.

Məlumata görə, vərəqələrdə Güney Azərbaycan xalqına qarşı sistematik ayrı-seçkiliyə etiraz ifadə olunub.

Təbriz şəhərində geniş şəkildə divarlara yapışdırılan və yayılan həmin bildirişin mətninin bir hissəsində deyilir:

“İran kimi tanınan ölkədə fars mərkəzli hökumət tərəfindən farslaşdırma siyasətinin başlanmasından təxminən yüz il keçir. Bu qeyri-insani və irqçi siyasətlər türklərin dili, mədəniyyəti və milli varlığını hədəf alıb. Azərbaycan türk milləti digər qeyri-fars xalqları ilə birlikdə məhvə məruz qalır və nəticədə qeyri-fars xalqların coğrafiyasının insan resursları, yerüstük və yeraltı sərvətləri talan edilir”.

Vərəqələrdə İran hakimiyyətinin son 100 ildə qeyri-fars xalqlara və onların dilinə qarşı ayrı-seçkilik siyasəti pislənilib.

Bununla yanaşı, mərkəzi hakimiyyətin assimilyasiya siyasətinə baxmayaraq, Azərbaycan milli hərəkatının gücləndiyi, azərbaycanlıların tapdalanmış hüquqlarının tələbi ilə bağlı fəaliyyətlərin gündəmə gətirildiyi qeyd edilib.

Həmçinin yoxlayın

Urmiya gölü ilə bağlı “Gölün uşaqları” filmi İstanbulda nümayiş olunacaq

GADTB Azərbaycanlı rejissor Məhəmməd Əlimuradinin “Gölün uşaqları” filmi İstanbulda keçiriləcək 20-ci Memarlıq Filmləri Festivalında nümayiş …

ABŞ ordusu İrana qarşı “Bütün bombaların anası”ndan istifadəni nəzərdən keçirir

GADTB: CNN telekanalı ABŞ rəsmilərinə istinadən xəbər verir ki, ABŞ ordusu İrana qarşı gələcək mümkün …