Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Güney Azərbaycanda dəmiryolu işçiləri tətilə başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda dəmiryolunda çalışan işçilər iki aydır əmək haqlarının ödənilməməsinə etiraz olaraq tətillərə başlayıb.

İşçilər bildiriblər ki, aprel ayından sonra əmək haqlarını almayıblar və buna etiraz olaraq işi dayandırırlar.

İşçilər bildiriblər ki, podratçılarla bir müddət öncə ötən iki ayın əmək haqqının ödənməsi ilə bağlı razılığa gəliblər. Lakin podratçı hazırda bu razılaşmaya əməl etməkdən boyun qaçırır və işçilərin son iki aylıq əmək haqqını ödəmir.

Etirazçı işçilər bildiriblər ki, buna görə onlar ağır vəziyyətdədir və ailələrini dolandıra bilmirlər. Səlahiyyətli qurumlardan isə heç biri onların durumu ilə maraqlanmır.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …