Cümə axşamı , Mart 28 2024
azfa

Səfəvi imperiyası Hindistan şiə sultanlıqlarının himayədarı qismində

GADTB: Azərbaycan mədəniyyəti və nüfuzu öz sərhədlərini aşaraq hüdudlarından kənara yayılmışdı. Mərkəzi Hindistanda Azərbaycandan gələn mühacirlərin yaratdığı sultanlıqların tarixi XVI əsrdən başlayır. Hamısı Qaraqoyunlulara yaxin olan Baharlı tayfasının bir hissəsinin Uzun Həsənin qələbəsindən sonra Hindistana getməsi və Mərkəzi Hindistanda İslam sultanlıqlarından biri olan – Golkonda sultanlığını və ya Qütbşah dövlətinin yaratması ilə başladı. Bicapur kimi digər sultanlıqlar, şiə məzhəbinə aid olduqlari üçün Səfəvi imperiyasıni öz himayədarı qismində görürdülər.

Bu, hind tarixçisi Sanjay Subrahmanyama və Çikaqo Universitetinin Cənubi Asiyanın Dillər və Mədəniyyətlər kafedrasının professoru Müzəffər Alamın «Writing the Mughal World: Studies on Culture and Politics» adlı ortaq bir kitabında bu cür qeyd edilir:

“Digər tərəfdən [Bicapur Sultanlığının hökmdarlarının] Moğollarla münasibətləri tamamilə fərqli idi. 1580-ci illər üçün Moğolların tələbi, bütün Dekkani tabeliyi altına düşmələri idi, nə Bicapur hökmdarları, nə də Qolkondanin hökmdarları bu iddiaları dəstəkləyə bilməzdilər.

Titullarında, sikkələrin vurulmasında və s., 1630-cu illərə qədər bu hökmdarlar özlərini Moğollardan müstəqil hesab edirdilər. Bundan əlavə, 16-cı əsrin əvvəllərindən etibarən [sultanlıqların] Səfəvilərlə əlaqələri var idi, və həm Bicapur, həm də Qolkonda Səfəvilərin vaxtaşırı öz üzərində “ritual hakimliyini” tanıyirdilar, məsələn, cümə günü paytaxtlarında İran hökmdarlarının [Səfəvi imperiyasının] adından tez-tez xütbə oxunurdu. XVI əsrin son rübündə İran mühacirlərinin Dekkana axını və bu miqrantların həm Bicapurda, həm də Qolkondada elitanın böyük bir hissəsini təşkil etməsi bu əlaqələrin güclənməsinə kömək edirdi.”

Mənbə: vk com/azerbaycanturku

Həmçinin yoxlayın

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Güney Azərbaycanda molla rejimin insan haqlarının pozmasına dair illik hesabat yayıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, azərbaycanlı fəallar və Abbas Lisani adına açılmış sosial …