GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda reperlər azərbaycanlı məhbuslara dəstək aksiyası keçiriblər.
Bu məqsədlə Təbrizdə azərbaycanlı reperlər həbs edilən repçi Milad Cəlili (Elşən) və digər siyasi məhbuslara dəstək olmaq üçün toplaşaraq etiraz aksiyası keçiriblər.
Qeyd edək ki, Elşən təxəllüsü ilə tanınan azərbaycanlı reper Milad Cəlili noyabrın 28-də həbsdə olan milli fəallara dəstək məqsədilə rep mahnısı ifa etdiyi üçün Təbrizdə molla rejimin məmurları tərəfindən həbs edilmişdi.
Molla rejimi son aylarda çox sayda azərbaycanlı fəalı həbs edib. Onlardan bəziləri hələ də həbsdə saxlanılır.