Şənbə , Sentyabr 26 2026
azfa

Mikayıl Oyta: İranda nəinki türk dili, hətta türk adları, soyadları da yasaqdı

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri və Avstraliya-Azərbaycan Assosiasiyasının prezidenti sayın Mikayıl bəy Oyta 21 Fevral-Dünya Ana Dili Günü ilə bağlı Quzey Azərbaycan mətbuatına müsahibə verib.

Sayın Mikayıl bəy bildirib ki, İranın hazırkı rejimi şovinist şah hökumətinin siyasətini davam etdirir:

“İran adlanan ölkədə Güney Azərbaycan türklərinin milli hüquqları əlindən alınıb. Soydaşlarımıza ana dilində təhsil almaq hüququ verilmir. Pəhləvi hökuməti dövründə azərbaycanlılara qarşı ayrı-seçkilik siyasəti aparılırdı. Molla rejimi hakimiyyətə gələndən sonra bu siyasət davam etdirildi. Bu onu göstərir ki, Fars şovinizmi 40 ildə yalnız rəng dəyişib. Mahiyyətcə molla hökumətinin şahçılardan fərqi yoxdur. İran şovinistləri Azərbaycan türklərini əritmək, “iranlı” adı altına yox etmək, Azərbaycan dilini unutdurmaq istəyirlər”. M.Oyta deyib ki, İranda nəinki türk dili, hətta türk adları, soyadları da yasaqdır.

 

Həmçinin yoxlayın

CNN “qiyamət günü” təyyarəsinin uçuşundan xəbər verdi: Yaxın Şərqdə “qiyamət ssenarisi”

GADTB: CNN iki yüksək rütbəli Pentaqon rəsmisinə istinadən Yaxın Şərqdə misli görünməmiş və son dərəcə …

Azərbaycanlı fəallar Əli Vasiqi, və Siyamək Mirzayi üç aydır qanunsuz həbsdə saxlanılırlar

GADTB: Ərdəbil həbsxanasında qeyri-müəyyən vəziyyətdə saxlanılan milli fəallar Əli Vasiqi, və Siyamək Mirzayinin barələrində çıxarılan …

Bir cavab yazın