Çərşənbə axşamı , Avqust 25 2026
azfa

Güney Azərbaycanda Xələc türkcəsi milli irs siyahısına salınıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Güney  Azərbaycanda Xələc türkcəsi milli irs siyahısına salınıb.

Tarixi Azərbaycan ərazisi olan Mərkəzi əyalətin Mədəni İrs, Turizm və Əl Sənayesi baş idarəsi “Xələc Türkcəsi”nin milli irs siyahısına salındığını bildirib.

İdarənin milli irs işləri üzrə müavini Hüseyn Mahmudi bu barədə məlumat verib: “Xələc türkcəsi türk dilləri ailəsinə mənsub ən qədim dildir. Hal-hazırda İranın mərkəzi bölgəsində bu dildə danışanlar vardır”.

Mahmudi bu dildə danışılan bölgələr barədə məlumat verib: “Xələc türkcəsi Farahan bölgəsinin Təlxab (Acısu) şəhəri, Aştian, Təfriş və Ərak bölgəsinin bir sıra kəndlərində danışılır. Lakin bu dildə danışanların sayı az olduğundan kəskin məhv olma təhlükəsi ilə üzləşib”.

Mahmudi Xələc türkcəsinin qorunması üçün yolları vurğulayıb: “atalar sözləri, yerli şerlər və tapmacalardan ibarət Xələc dili şifahi ədəbiyyatının milli qeydiyyata alınmasına, bu mədəni irsin qorunmasına yardımçı ola bilər”

Hüseyn Mahmudi sözlərinin sonunda deyib: “Hər bir yurdun dilləri və ləhcələri hiss olunmayan mədəni irslərinin böyük bir hissəsini təşkil etdiyini”.

Həmçinin yoxlayın

ABŞ molla rejimi ilə əlaqəli 60-a yaxın şəxs, şirkət və gəmini sanksiyaya məruz qoyub

GADTB: ABŞ Maliyyə Nazirliyi İran İslam Respublikası ilə əlaqəli 60-a yaxın şəxs, şirkət və gəmiyə …

Molla rejimin həbs etdiyi Əsgər Əkbərzadənin səhhəti ağırlaşıb; məhbus yoldaşları onun təcili xəstəxanaya köçürülməsini tələb edir

GADTB: Ərdəbil Mərkəzi Həbsxanasında həbsdə saxlanılan azərbaycanlı fəal Əsgər Əkbərzadənin səhhəti ağırlaşıb. Şiddətli qarın ağrısı …