Şənbə , Oktyabr 17 2026
azfa

Türkiyə iranlı cinayətkar dəstə başçısını həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin təhlükəsizlik qüvvələri İzmir şəhərində qanunsuz mərc saytlarını idarə edənləri və mütəşəkkil cinayətkar şəbəkənin üzvlərini həbs edib. Bu barədə Türkiyə daxili işlər naziri Əli Yerliqaya açıqlama verib.

“Kartel-6” əməliyyatı zamanı mütəşəkkil cinayətkar dəstənin rəhbəri də daxil olmaqla, 4 nəfər həbs edilib, 6 nəfərin cinayət məsuliyyətinə cəlb olunması barədə göstəriş verilib”, – nazir bildirib.

Məlumatda cinayətkar şəbəkənin başçısının – Türkiyədə yaşayan iranlı Sədullah Əmirşəqaqinin saxlanıldığı bildirilib.

Əməliyyat zamanı 120 min dollar, 80 min avro, 9 lüks qol saatı, 500 min dollar dəyərində 15 şirkət, 10 avtomobil, 17 ev və tikilidə ortaqlıq payı və 9 şirkət də müəyyən edilərək məhkəmə qərarı ilə müsadirə edilib.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …