Cümə axşamı , Oktyabr 15 2026
azfa

Ərşad Salehi Azərbaycanın Bağdaddakı səfirliyinə baş çəkdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İraq türkmanları parlament qrupunun rəhbəri Ərşad Salehi AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması ilə bağlı Azərbaycanın Bağdaddakı səfirliyini ziyarət edib.

Bu barədə məlumat Ə.Salehinin sosial şəbəkə hesabında paylaşılıb.

O, səfirlikdəki xatirə dəftərində qeydlərini yazaraq Azərbaycan xalqına başsağlığı verib, qəza nəticəsində həlak olanlara Allahdan rəhmət diləyib, yaralılara tezliklə sağalmalarını arzulayıb.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Həmçinin yoxlayın

Urmiya gölü ilə bağlı “Gölün uşaqları” filmi İstanbulda nümayiş olunacaq

GADTB Azərbaycanlı rejissor Məhəmməd Əlimuradinin “Gölün uşaqları” filmi İstanbulda keçiriləcək 20-ci Memarlıq Filmləri Festivalında nümayiş …

ABŞ ordusu İrana qarşı “Bütün bombaların anası”ndan istifadəni nəzərdən keçirir

GADTB: CNN telekanalı ABŞ rəsmilərinə istinadən xəbər verir ki, ABŞ ordusu İrana qarşı gələcək mümkün …