GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Kərəc şəhərində azərbaycanlı fəallar Beynəlxalq Ana Dili Günü münasibətilə çoxsaylı vərəqələr paylamaqla molla rejiminin irqçi siyasətinə etirazlarını bildiriblər.
Fevralın 21-də paylanılan vərəqələrdə: “Neçə dil bilən neçə insandır, Ana dili bilməyən necə insandır?”, “Ana dilimizi qoruyaq!”, “Mən anamı sevirəm, dilini niyə sevməyim?” şüarları yazılıb.
Qeyd edək ki, hər il fevralın 21-də Beynəlxalq Ana Dili Günü münasibətilə əlaqədar müxtəlif mərasimlər keçirilıib və uaşaqlara azərbaycanlı fəallar tərəfindən türk dilində çap edilmiş kitablar paylayırlar.