Cümə axşamı , Sentyabr 10 2026
azfa

Güney Azərbaycanın tarixi qəbristanlığı məhv edilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Şərqi Azərbaycan əyalətinin Üskü şəhərinin 3 kilometrliyində yerləşən İsfəncan kəndində tarixi qəbristanlıq məhv edilir.

Tarixi qəbiristanlıqda daşdan yonulan qoç və şir heykəllərinin bir çoxu oğurlanıb, qalan heykəllərin isə tarixi əsər qaçaqmalçıları tərəfindən sındırıldığını əks etdirən görüntülər yayılıb.

Bununla yanaşı, burada olan daş kitabələr və tarixi başdaşları Mədəni İrs Təşkilatının laqeyd münasibəti nəticəsində məhv olmaq üzrədir.

Daş kitabələrin üzərindəki yazıların məzmunu göstərir ki, 13-cü əsrdən başlayaraq bu qəbiristanlıqda sufizm və mistisizmin bəzi təriqət başçıları dəfn edilib.

Məhəmməd Cəlaləddin adlı təriqət başçısına aid olan ən hündür məzar daşı qəbiristanlığın cənub-qərbində quraşdırılmış türbədə yerləşir.

Mədəni fəallar məsələ ilə bağlı Mədəni İrs Təşkilatı və başqa əlaqədar qurumlara müraciətlərinin cavabsız qaldığını yazıblar.

Həmçinin yoxlayın

Tramp İrana memoranduma qayıtmayacağını bildirib

GADTB: “Middle East Eye” saytı çərşənbə günü, sentyabrın 9-da, İran İslam Respublikası hökumətinə yaxın iki …

Yəmən hökumət qüvvələri Təiz vilayətinin qərbində irəliləyir: husilərdən bir neçə mövqeyi geri alınıb

GADTB: Yəmənin rəsmi hökumətinə bağlı silahlı qüvvələr bildiriblər ki, Təiz vilayətinin qərbində yerləşən «Əl-Kədəhə» cəbhəsində …