Şənbə , Oktyabr 17 2026
azfa

Azərbaycanlı müəllim Təbrizdə məcburi təqaüdə göndərildi

Təbriz şəhərindən olan azərbaycanlı müəllim və Təhsil İşçiləri Həmkarlar İttifaqının tanınmış fəallarından olan Bəhram Yəqubi işdən qovulub.

Yəqubinin dediyinə görə, ona qarşı “hökumətə qarşı təbliğat,”, “etiraz aksiyalarında iştirak”, “xarici media ilə əlaqə”, “ictimai rəyi təhrik etmək və müəllimləri etiraz aksiyalarına çağırmaq” və başqa bu kimi ittihamlar irəli sürülb.

Bundan öncə də mədəni və ictimai fəaliyyətlərinə görə təzyiqlərə məruz qalan Bəhram Yəqubinin həbs ediləcəyinə zəmin hazırlandığı ehtimal edilir.

Qeyd edək ki, bundan əvvəl, 4 oktyabr 2022-ci ildə rejimin məmurları Bəhram Yəqubini Təbrizdəki evində həbs etmişdilər. 

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …