Çərşənbə axşamı , Dekabr 24 2024
azfa

Güney Azərbaycanın “Traxtur” klubunun tərəfdarı İran hökuməti tərəfindən həbs edilib

GADTB: Oktyabrın 31-də Tehranda “Traxtur” və “İstiqlal” klubları arasında keçirilən yarışdan sonra Güney Azərbaycanın Xiyav (Meşginşəhər) şəhərindən olan Traxtur tərəfdarı  Əmirhüseyn Fərəci həbs edilib.

Alp Təkin ləqəbli “Traxtur” tərəfdarının həbs səbəbi və hara aparıldığı barədə hələlik məlumat əldə etək mümkün olmayıb.

Bu haqda onun dostu Əlirza Cahani özünün sosial media hesabında məıumat paylaşıb.

Qeyd edək ki, İran Premiyer Liqasının 10-cu həftəsinin oyunları çərçivəsində keçirilən Təbriz və Tehran təmsilçilərinin qarşılaşması Təbriz klubunun 2-0 qələbəsi ilə başa çatıb.

Oyundan sonra nəticədən narazı qalan “İstiqlal” tərəfdarları Qala Həsən xan stadionu ətrafında aksiya keçirərək klub rəhbərliyinin dəyişdirilməsini tələb ediblər.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı milli fəal Vahid Əbhərinin ailəsinə təzyiq göstərir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı milli fəal Vahid Əbhərinin …

Əli hər yerdən üzülən Xamenei əhalini Süriyada üsyana çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Əli Xamenei Türkiyənin xarici işlər naziri Hakan Fidanın …