GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Traxtur futbol komandası dünən Neft komandasına qalib gələrək Asiya Çempionlar Liqasına vəsiqə qazanıb.
Avqustun 25-də Təbrizin Səhənd stadionunda keçirilən yarışda Traxtur komandası 1:0 hesabı ilə Neft komandasına qalib gəlib.
Traxtur qələbə qolunu Səid Mehri vurub.
Beləliklə də Traxtur komandası artıq Tehranın “İstiqlal” və “Perspolis” komandalarından sonar 3-cu yerə yüksəlib.