Bazar , Oktyabr 18 2026
azfa

Güney Azərbaycanın Zəngan şəhərində 6 azərbaycanlı fəal həbs edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin terrorçu Sepah təşkilatının təhlükəsizlik və kəşfiyyat bölməsi Güney Azərbaycanın Zəngan şəhərində 6 fəalı həbs edib.

Sepah yaxaladığı azərbaycanlı fəalı şəhərin divarlarına molla rejimi əleyhinə şüarlar yazmaqda ittiham edir.

Bununla bağlı terrorçu Sepah bildirib: “İrana müxalif olan xarici medialardan təsirlənən şəxslər Zəngan küçələrinin divarlarına dövlətə qarşı şüarlar yazdıqları üçün həbs ediliblər”.

Hələlik yaxalanan azərbaycanlı fəalların kimliyi açıqlanmır.

Qeyd edək ki, irqçi fars-molla rejimi etirazlar başlanandan Güney Azərbaycanda çox sayda azərbaycanlı fəalı həbs edib.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …