Bazar ertəsi , Noyabr 16 2026
azfa

Güney Azərbaycanın “Traxtur” komandasına yeni məşqçi cəlb edilib

GADTB: Güney Azərbaycanın “Traxtur” İdman Klubu sloveniyalı məşqçi Sanel Koncoviçlə müqavilə bağlayıb və o bundan sonra Təbriz təmsilçisini serbiyalı baş məşqçisi Draqan İskoçiçin köməkçisi qismində çıxış edəcək.

Bununla bağlı “Traxtur” klubu məlumat yayıb.

Qeyd edək ki, Koncoviç son 20 il ərzində “İnterblok Lyublyana”, “Radomięłe”, “Toulmin”, “İlirija” və “Gorica” da daxil olmaqla bir neçə komandada çıxış edib.

Sloveniyalı məşqçi, daha çox gənc futbolçuların təlimi və inkişafına verdiyi töhfələri ilə tanınır.

Həmçinin yoxlayın

Təbrizdəki Almaniya konsulluğunun binası fiziki zədələrə məruz qalıb və baxımsız vəziyyətdədir

GADTB: Təbrizin tarixi Barnava məhəlləsində vaxtilə Almaniya konsulluğunun fəaliyyət göstərdiyi bir malikanə yerləşir. Bu bina …

İraq hökuməti Haşdi-Şabinin silah və bazalarını yoxlayır

GADTB: İraqın baş nazirinin göstərişi ilə bu ölkənin Kəşfiyyat Xidməti Bağdad ətrafında Haşdi-Şabiyə məxsus qərargah …