Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Fransa: “İranın nüvə proqramı ciddi ziyan görsə də, zənginləşdirilmiş uranın yalnız bir hissəsi məhv edilib”

Fransanın xarici kəşfiyyat agentliyinin rəhbəri Nikolas Lerner dünən bildirib ki, ABŞ və İsrailin hava zərbələri nəticəsində İranın nüvə proqramının bütün əsas komponentlərinə ciddi ziyan dəyib.

Lernerin sözlərinə görə, İranın yüksək zənginləşdirilmiş uran ehtiyatının yalnız bir hissəsi bu hücumlarda məhv edilib, ancaq qalan ehtiyatların dəqiq yeri hələ müəyyən olunmayıb.

O, deyib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) müfəttişləri İrana qayıtmadan vəziyyətə tam aydınlıq gətirmək mümkün deyil.

O, əlavə edib ki, Fransanın qiymətləndirmələrinə görə, İranın bütün uranı zənginləşdirmə obyektləri hücumlar zamanı ciddi ziyan görüb.

“İranda 450 kilo zənginləşdirilmiş uranın qaldığına dair konsensus var, bəlkə də onun kiçik bir hissəsi məhv edilib, lakin bu material hələ də rejimin əlindədir.” – deyə Nikolas Lerne bildirib.

O, həmçinin bildirib ki, Beynəlxalq Atom Enerjisi Agentliyi İranda fəaliyyətini hələ bərpa etmədiyi üçün bu zənginləşdirilmiş uran ehtiyatları və onların hazırkı yeri barədə qəti açıqlama vermək mümkün deyil.

Həmçinin yoxlayın

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …