GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı reper nəhayət ailəsi ilə telefon əlaqəsi saxlaya bilib.
Azərbaycanlı milli fəallara dəstək üçün rep mahnısı ifa etdikdən sonra molla rejimin həbs etdiyi təbrizli repçi Elşən bir neçə gündən sonra nəhayət ki, ailəsi ilə qısa telefon əlaqəsi saxlayıb.
Milad Cəlili (Elşən) vəziyyətinin yaxşı olduğunu bildirib.
Qeyd edək ki, hələlik reperin saxlanıldığı yer və ona qarşı irəli sürülən ittihamlar barədə məlumat verilmir.