Şənbə , May 17 2025
azfa

Həmədanda Kösə Gəlin mərasimi keçirilib

GADTB: Güney Azərbaycanın Həmədan bölgəsinin Rəsgovan kəndində hər il olduğu kimi bu il də Kösə Gəlin mərasimi keçirilib.

Qışın sərt günlərinin keçib yazın gəlişindən xəbər verən bu mərasimdə kənd çobanları xüsusi paltar geyinirlər. Onlar kəndlilərin evinə gedib qapını döyür, pul istəyirlər. Hər evin ağsaqqalı da Kösənin mədhi üçün türkcə folklor şerləri oxuyur, çobanları və sakinləri hədiyyələr verərək sevindirirlər.

Kösə Gəlin ritualında iki nəfər bir-birini müşayiət edir, onlardan biri kişi olan Kössə və biri qadın paltarı geyinən və özünü qadın kimi göstərən kişi olur. Kösə keçə papaq taxır, başına dəsmal sarır və üstünə sürürgədən iki buynuz qoyur.

https://t.me/GADTB1/40159

Həmçinin yoxlayın

Azərbaycanda “Xalq Əmanəti”nin 25-ci nəşri Güney Azərbaycan poeziyasına həsr olundu

GADTB: Xalq Bank “Xalq Əmanəti” layihəsi çərçivəsində 25-ci kitabını təqdim edir. Bu nəşr Cənubi Azərbaycan …

Təbrizdə “Traxtur”un çempionluq şənliyi; Azərbaycan rəqsinə İran televiziyası senzura tətbiq etdi-Video

GADTB: Dünən yerli avxtla saat 17-dən 19-a kimi Təbrizin Səhənd stadioununda “Traxtur” komandasının çempionluq mərasimi …