Cümə , Oktyabr 23 2026
azfa
Qaynar xəbər

Hörmüz boğazının təhlükəsizliyi Ankara NATO toplantısının gündəliyinə əlavə edilib

GADTB: Son günlər Vaşinqtonun bir sıra Avropa ölkələri ilə apardığı məsləhətləşmələrdən sonra Hörmüz boğazının təhlükəsizliyi məsələsi Ankarada keçiriləcək NATO toplantısının gündəliyinə daxil edilib.

ABŞ-ın irəli sürdüyü təklif ticarət gəmilərinin mühafizəsi, dəniz təhlükəsizliyi ilə bağlı xəbərdarlıqların mübadiləsi, mümkün təhdidlərə qarşı fəaliyyətin əlaqələndirilməsi və kəşfiyyat məlumatlarının paylaşılmasına yönəlib.

Məlumatlara görə, təklif olunan plan NATO qüvvələrinin Fars körfəzində daimi yerləşdirilməsini nəzərdə tutmur. Vaşinqton üstünlük verir ki, Avropa ölkələrinin dəniz missiyaları NATO-nun komandanlıq, müşahidə və informasiya mübadiləsi dəstəyi ilə həyata keçirilsin. Məqsəd Hörmüz boğazında ABŞ və NATO qüvvələrinin SEPAH-la birbaşa qarşıdurma ehtimalını azaltmaqdır.

Bununla yanaşı, Böyük Britaniya və Fransa Omanın koordinasiyası ilə və hər iki ölkənin hərbi gəmələrinin əsas rol oynayacağı çoxmillətli dəniz missiyasını hazırlayırlar. Bu missiyanın məqsədi Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etməkdir.

Bildirilir ki, Paris NATO, Avropa dəniz missiyası və bölgədə fəaliyyət göstərən dəniz komandanlıqları arasında koordinasiya mexanizmi hazırlayır. Məqsəd mümkün insidentlər zamanı gəmiçilik şirkətləri, sığorta qurumları və hərbi-dəniz qüvvələri arasında operativ əlaqənin təmin edilməsidir.

Gözlənilir ki, Ankara NATO toplantısında Hörmüz boğazında dəniz təhlükəsizliyi üzrə məhdud koordinasiya çərçivəsi təsdiqlənəcək. Bu çərçivənin əsas məqsədi Fars körfəzində NATO-nun hərbi mövcudluğunu genişləndirmədən ticarət gəmilərinin təhlükəsiz hərəkətini gücləndirməkdir.

Həmçinin yoxlayın

Tehran yeraltı obyektlərində raket və dron istehsalını bərpa edib

GADTB: Molla rejimi yeraltı obyektlərdə raket və pilotsuz uçuş aparatlarının (PUA) istehsalını bərpa edib. Bəzi …

Molla rejimi məcburi hicaba qarşı çıxanları sıxışdırdığı və milyonlarla türkün ana dilində təhsil hüququnu məhdudlaşdırdığı halda, Azərbaycan Respublikasından hicablı qızları universitetlərində təhsil almağa dəvət edir – Video

GADTB: İranın elm naziri video paylaşaraq Azərbaycan Respublikasından hicablı qızları İran universitetlərində təhsil almağa dəvət …