Cümə axşamı , Oktyabr 15 2026
azfa

İbrahim Rəşidinin müvəqqəti saxlanma müddəti qeyri-müəyyən müddətə uzadılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı siyasi məhbusu İbrahim Rəşidinin qardaşı Məhəmməd Rəşidi həmin siyasi məhbusun saxlanma vəziyyəti ilə bağlı yazıb:

 Bu gün İbrahimin həbsindən 32 gün keçir. Ailəsi və dostları üçün narahatlıq və gözləntilərlə dolu 32 gün keçib.

O, bir aylıq həbs qətimkan tədbiri ilə sorğu-sual edilib və Ərdəbildə zindanda  onun saçını qırxdırıblar.

İndi isə İbrahimin Meşkinşəhr zindanına köçürülməsi ilə iş yarımçıq olduğundan onun müvəqqəti saxlanma müddəti qeyri-müəyyən müddətə uzadılıb. Bu uzunmüddətli müvəqqəti saxlamalarda məqsəd onu unutdurmaq və ya ailəsi vasitəsilə ona təzyiq göstərmək ola bilər. Lakin İbrahim öz cəsarəti və imanı ilə müqavimətini davam etdirəcək.

Nə olursa olsun, məhbusun və ailəsinin əzmini heç nə qıra bilməz. Onlar təslim olmayacaq, birlik və çətinliklərə qarşı duraraq qanadlarını açacaqlar. Bu günlərdə həbsin hər saniyə və günü İbrahimin ailəsi üçün müqavimətin simvoludur.

Həmçinin yoxlayın

ABŞ ordusu İrana qarşı “Bütün bombaların anası”ndan istifadəni nəzərdən keçirir

GADTB: CNN telekanalı ABŞ rəsmilərinə istinadən xəbər verir ki, ABŞ ordusu İrana qarşı gələcək mümkün …

Bölgədə neft ixracı bərpa olunur, iranın dəniz yolu ilə xam neft ixracı isə sıfır səviyyəsində qalır

GADTB: TankerTrackers-in qiymətləndirməsinə görə, oktyabrın əvvəlindən etibarən İran, İraq, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb …