Bazar ertəsi , Yanvar 17 2022
azfa

İngilis alim Türkiyənin “Piri Rəis” sualtı gəmisindən yazdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Piri Rəis” sualtı gəmisi Yunanıstan-Türkiyə gərginliyinin yaşandığı dayaz sular üçün idealdır.

Bunu İngiltərənin “Ekonomist” jurnalına hərbi ekspert Yohannes Peters deyib.

Peters qeyd edib ki, “Piri Rəis” dənizdə və quruda olan hədəfləri idarə olunan raketlərlə vurmaq qabiliyyətinə malikdir:

“Dizel elektrikli sualtı qayıqlar suyun altında 2-3 gün qala bilirsə, bu sualtı gəmilər 3 həftə suyun altında qala bilir. Bu gəmilər reaktorları açıq olan, motorları daha çox səs çıxaran sualtı qayıqlarla müqayisədə səssiz işləyir. Bu isə dayaz sular üçün ideal göstəricidir”.

Ekspert bu sualtı qayığın Türkiyə üçün zəfər, Yunanıstan üçün isə başağırısı olduğunu qeyd edib.

Həmçinin yoxlayın

İranın qərbində 50-dən çox şəhərdə davamlı partlayış səsləri; İsrailmi hücum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, yanvarın 15-i, şənbə günü axşam saatlarında İranın qərb …

Türkiyənin Mosuldakı hərbi bazası raket atəşinə tutuldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İraqın Mosul şəhərinin şimal-şərqindəki Zlikandakı türk hərbi bazası …