Cümə , Aprel 19 2024
azfa

Qızılbaş şəhəri İrəvan

GADTB: Bu gün Ermənistanın paytaxtı olan İrəvan bir zamanlar Səfəvilər dövlətinin şimal-qərb sərhədindəki qalası olaraq inşa olunub. Tarixi mənbələrdə İrəvan ərazisində qədim yaşayış məskənlərinin olması ilə bağlı iddialar mövcuddur.

Tarixi qaynaqlara dayanan bəzi yazarlar isə İrəvan adının ilk dəfə eramızın VII yüzilliyində çəkildiyini yazırlar. İrəvan şəhərinin Urartu dövlətinin hökmdarı I Argişti tərəfindən e.ə. 782-ci ildə tikilmiş Erebuni qalasının xarabalıqları yaxınlığında salındığını iddia olunur. Şəhərin yerləşdiyi bölgədə eramızdan öncə 4000-ci ilə aid Tunc dövrünə aid qalıqlar tapılıb.

Lakin bugünkü İrəvan şəhərinin tarixi Səfəvi dövləti ilə bağlıdır. Səfəvi dövlətinin qurucusu Şah İsmayılın əmri ilə 1510-cu ildə onun sərkərdəsi Rəvanqulu xan İrəvan qalasını tikdirib. Bu qala İmperiyanın şimal-qərb sərhədlərində əsas müdafiə istehkamı və hərbi şəhərcik olub.

İrəvan şəhəri Ağrı vadisinin şimal kənarında, Zəngi çayının sahilində, 850-1300 metr yüksəklikdə yerləşir. Evliya Çələbiyə görə sonradan şəhər olmuş bu yerdə 810-cu ildə (hicri) öncə kənd salınıb, 105 il sonra (hicri) 915–ci ildə Şah İsmayılın əmri ilə onun sərkərdəsi Rəvanqulu xan Qacar tərəfindən bu kənddə qala inşa olunub. 7 ilə inşası bitirilmiş qala xanın adı ilə Rəvan və ya İrəvan qalası adlanıb. Ərazinin adının da buna bağlı olduğu bildirilir.

Evliya Çələbi yazır: “Şəhər (İrəvan şəhəri -) içərisində təqribən 2600 üstü örtülü torpaq ev vardır. Onlardan ən abad və gözəli xan sarayıdır ki, Əmirqunə xan abadlaşdırmışdır.

İrəvan şəhəri 4 massivdən ibarət olmuşdur: Qala, Şəhri (yaxud Köhnə şəhər), Təpəbaşı (hazırda Kond adlanır) və Dəmirbulaq (hazırda Karanki tağ adlanır) massivləri. Qala ilə digər yaşayış massivləri arasında Bazar meydanı yerləşirdi.

Şəhərdə 12 məscid olub. Bunlar: Göy Məscid, Zal xan məscidi, Abbas Mirzə məscidi, Qala məscidi, Şəhər məscidi, Novruz Əli məscidi, Günlüklü məscid, Gümbəzli məscid, Hüseynəli məscidi, Hacı bəy məscidi və Qanlı təpə, Üç təpə, Qızıl təpə…

İrəvan qalasında əcnəbi səyyahların qeyd etdiyi toponimlər: Şiləçi, Sabunçu, Boyaqçı, Toxmaq, Təpəbaşı, Dəmirbulaq, Bağçalar, Yoncalıq, Börkü məhəllələri, Dəlməbulaq, Qırxbulaq, Sərdar bulaqları, Gedərçay, Qırxbulaq, Zəngi çayları, Dərə bağı, Dərəkənd, Şəhər, Fəhlə, Böyük meydanları, Göy məscid, Qala məscidi, Hacı Bəyim məscidi, Zal xan məscidi, Günlüklü məscidi, Günbəzli məscid, Şəhər məscidi, Novruzəli məsidi, Hüseynəli məscidi, Qanlı təpə, Üçtəpə, Qızıl təpə təpələri və s.

İrəvan məscidi və ya Göy Məscidin inşası 1760-cı ildə Hüseynəli xan tərəfindən başladılıb və 1765-ci ildə tikintisi başa çatıb. “Göy məscid” Şərq memarlığının nadir incilərindən sayılır.

Müəllif: Millikimlik Araşdırmaları qrupunun üzvü, Kənan Rövşənoğlu

Həmçinin yoxlayın

Rafael Qrossi İranın nüvə silahı yaratmağa çox yaxınlaşdığını deyir

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi dünən Vyanada Almaniyanın ARD dövlət televiziyasına …

Molla rejimin həbs etdiyi tanınmış azərbaycanlı fəal Pərviz Siyabini məzuniyyətə göndərib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi həbs etdiyi Güney Azərbaycan Milli …