Bazar , Noyabr 29 2026
azfa

Sərhədsiz Reportyorlar İbrahim Rəisinin kütləvi edamlarda rolunun araşdırılmasını dəstəklədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Sərhədsiz Reportyorlar Təşkilatı iyulun 1-də bəyanat yayaraq, Birləşmiş Millətlər Təşkilatının İran üzrə xüsusi məruzəçisi Cavid Rəhmanın yeni prezident təyin edilmiş İbrahim Rəisinin 1988-ci ildə İran zindanlarında baş verən kütləvi edamlardakı rolu barədə araşdırma aparılmasına dair təklifini dəstəkləyib.

Qeyd edək ki, Cavid Rəhman bundan öncə İran rəbərlərinin göstərişi ilə 1988-ci ildə yaradılan “Ölüm heyəti”nin üzvü İbrahim Rəisinin zindanlarda minlərlə siyasi məhbusa ölüm hökmünün çıxarılması barədəki rolu haqda müstəqil beynəlxalq araşdırmanın başlanılmasını tələb edib.

Sərhədsiz Reportyorlar Təşkilatının hüquqi strategiya və qlobal dəstək bölməsinin rəhbəri Antoine Bernard məsələ ilə bağlı mətbuata açıqlamasında deyib ki, 1988-ci ildə İran rəhbərlərinin göstərişi ilə zindanlarda edam edilən minlərlə siyasi məhbus arasında həm də yüzlərlə jurnalist və media fəalı olub.

“BMT-nin İnsan Haqları Şurasında araşdırma komissiyasının yaradılması məsələsinin gündəmə gətirilməsi çox vacib və zəruridir.

Bu, qeyd edilən il İran zindanlarında törədilmiş qətliamların araşdırılması üçün irəliyə atılan ilk addım sayıla bilər. Hesab edirəm ki, yaradılacaq komisyon BMT-yə üzv bütün ölkələr tərəfindən dəstəklənməlidir”, -deyə Antoine Bernard vurğulayıb.

Həmçinin yoxlayın

Dolların məzənnəsi 302 min tüməni keçdi: İran iqtisadiyyatı tam çöküşün astanasındadır

GADTB: İranın azad bazarında rialın dəyəri dəhşətli sürətlə ucuzlaşmaqda davam edir. ABŞ dollarının məzənnəsi bazar …

Zəncanda Kalsimin şirkətinin işçilərinin etirazı ikinci gündür davam edir – Video

GADTB: Zəncanın Dəndi bölgəsində yerləşən Kalsimin şirkətinin işçilərinin etiraz aksiyası bu gün, bazar günü, 1405-ci …