Şənbə , Aprel 18 2026
azfa

İrəvan etirazçıların əhatəsində – Video

16 aprel səhəri saat 08:15-də etirazçılar Ermənistan parlamentini 4-5 tərəfdən əhatəyə alacaq.

Axar.az xəbər verir ki, bu sözləri erməni deputat Nikol Paşinyan İrəvanda Fransa meydanında aksiya iştirakçıları qarşısında çıxışı zamanı deyib. O bildirib ki, gecə saatlarında da artıq parlamentə gedən bir neçə yol bağlanmalıdır:

“Biz elə edirik ki, bu küçələrin hər birində 10-15 minə qədər insan toplaşsın və beləliklə 4-5 istiqamətdən parlamenti mühasirəyə alaq”.

Paşinyan həmçinin qeyd edib ki, millət vəkillərinə parlament binasında qalmaları ilə bağlı əmr verilib:

“Bizim deputatlar onların orada olub-olmamasını yoxlayacaqlar”.

Qeyd edək ki, İrəvanda Serj Sərkisyanın baş nazir olması əleyhinə bir neçə gündür davam edən mitinq bu gün pik nöqtəsinə çatıb. Belə ki, Serj Sərkisyanın namizədliyi rəsmən bu gün irəli sürüldükdən sonra yüz minə qədər etirazçı İrəvanın əsas küçə və prospektlərini bağlayıb. Onlara ali məktəblərin tələbələri də qoşulub.

Etirazçılarla polis arasında bir neçə yerdə ciddi qarşıdurmalar da yaşanıb. Ümumilikdə, aksiyanın təşkilatçısı, Yelk Blokunun deputatı Paşinyan da daxil olmaqla, 46 nəfər xəsarət alıb.

Yaralananlardan 6 nəfərinin polis olduğu bildirilir.

Etirazçılar artıq İrəvanın əsas küçə və prospektlərini bağlamağa başlayıblar.

Məlumata görə, nümayişçilər əvvəlcə Tumanyan-Aboyan küçəsinin kəsişməsini, daha sonra isə Şimal prospektinə hərəkət edərək Respublika meydanını ələ keçirməyə cəhd ediblər.

Hazırda Maştoç-Amiryan kəsişməsinin bağlandığı deyilir.

Paşinyan bildirib ki, etirazçılar yönləndirilmir, onlar müstəqil hərəkət edirlər.

Həmçinin yoxlayın

İran-ABŞ danışıqları bazar ertəsi günü keçiriləcək

GADTB: CNN telekanalı İran mənbələrinə istinadən verdiyi məlumata görə, Tehran və Vaşinqton arasında danışıqların növbəti …

Molla rejimin həbs etdiyi türkmən gənc Sağər Qulami girov qarşılığında müvəqqəti azadlığa buraxılıb

GADTB: İran Məhkəmə Hakimiyyətinin Media Mərkəzi 19 yaşlı gənc türkmən xanım ötən ilin dey ayında …

Bir cavab yazın