Şənbə , Oktyabr 17 2026
azfa

İrəvanda Azərbaycan bayrağını səhnədən qapıb, yandırdı

GADTB-nin Mətbuat Mərkəzinin Axar.az-a istinadən yaydığı məlumata görə, Ağırlıqqaldırma üzrə Avropa çempionatının bu gün İrəvanda keçirilən açılış mərasimində erməni əxlaqsızlığı, hüquqtanımazlığı və düşmənçiliyinin daha bir nümunəsi yaşanıb.

Azərbaycan bayrağı səhnəyə gətirilərkən yerdən bir erməni qaçaraq, Bayrağımızı qapıb və ona od vurub.

Hər kəsin gözü qarşısında erməninin bu cür hərəkəti azərbaycanlı idmançıların təhlükəsizliyinin qorunmaması və ya qəsd anlamına gələ bilər.

Xatırladaq ki, İrəvanda sabah start götürəcək yarışa Azərbaycandan Nazilə İsmayılova (49 kq), İsa Rüstəmov (67 kq), Ömər Cavadov (73 kq) və Əli Şükürlü (102 kq) qatılıb.

Qeyd edək ki, Azərbaycanda keçirilən Birinci Avropa Oyunlarında erməni idmançılara hansı şərait yaradıldığını, onların necə qarşılandığını bütün dünya görmüşdü.

Ermənilər ötən gün əsir götürülən əsgərimizi vəhşicəsinə döyməklə, bu gün isə Bayrağımızı səhnədən qapıb, yandırmaqla əxlaqsız miskinlər olduqlarını bir daha nümayiş etdirdilər.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …