Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

İran ABŞ hücumlarına cavab olaraq qonşu ərəb ölkələrinə raket və PUA hücumları etdi

GADTB: SEPAH-ın İctimaiyyətlə Əlaqələr İdarəsi çərşənbə axşamı sübh saatlarında yaydığı bəyanatda eyni vaxtda həyata keçirilən raket və pilotsuz uçuş aparatı (PUA) hücumları nəticəsində Bəhreynin Əl-Mühərrəq bölgəsində bir ABŞ hava hücumundan müdafiə sistemi və bir radarın, həmçinin Ər-Rifa bölgəsində ABŞ-a məxsus bir Patriot hava hücumundan müdafiə sisteminin məhv edildiyini iddia edib.

SEPAH başqa bir bəyanatında isə bildirib ki, SEPAH-ın Aerokosmik Qüvvələri raket və PUA hücumları ilə Küveytdə ABŞ ordusuna məxsus uzun mənzilli radar məntəqəsini, rabitə mərkəzini, peyk qəbuletmə sistemlərini, raketdən müdafiə radarını və MQ-9 pilotsuz uçuş aparatlarının yerləşdiyi anqarı hədəfə alıb.

ABŞ, Bəhreyn və Küveyt bu iddialara hələlik münasibət bildirməyib və indiyədək bununla bağlı rəsmi məlumat yayılmayıb.

Bununla yanaşı, İSNA agentliyi İran ordusuna istinadən ABŞ-ın Küveytdə yerləşən Ərifcan hərbi bazasındakı hərbi texnikasına raket hücumu edildiyini xəbər verib.

Bəyanata əsasən, bu hücum zamanı ABŞ-a məxsus HIMARS raket sistemləri hədəfə alınıb. Bu hücumla bağlı hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənmiş hər hansı məlumat yayımlanmayıb.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …