Çərşənbə axşamı , Aprel 16 2024
azfa

İran adlanan ölkənin məclisi Zərifi kəskin tənqid etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, martın 7-də İran adlanan ölkənin parlamentinin növbəti iclasında deputatlar ölkənin xarici işlər naziri Məhəmməd Cavad Zərifi tənqid atəşinə tutublar. Deputatlar ondan Fransa xarici işlər naziri Jan-İv Le Drianı nəyə görə İrana dəvət etdiyinə dair izahat tələb ediblər.

Martın 5-də İrana səfər edən Fransanın xarici işlər naziri prezident Həsən Ruhani və digər rəsmi şəxslərlə yüksək səviyyəli görüşlər keçirib. İrana səfəri ərəfəsində Jan-İv Le Drian rəsmi Tehranı raket proqramına görə tənqid edib və ABŞ-ın mövqeyini dəstəkləyib. Buna baxmayaraq, iranlı həmkarının dəvətini qəbul edərək Tehrana gəlib ki, bu da İran parlamentinin deputatlarının narazılığına səbəb olub.

İran adlanan ölkənin parlamentinin deputatları Hüseyn Nəkavi və Hüseynəli Hacıdeliqani M.C.Zərifin parlamentə gələrək izahat verməsini istəyiblər. Çıxış edən digər deputatlar isə hökumətdən Fransa ilə münasibətlərə yenidən baxılmasını tələb ediblər.

Xatırladaq ki, M.C.Zərif ilk dəfə deyil ki, parlament tərəfindən tənqid olunur. Hələ 2015-ci ildə Cenevrədə ABŞ-ın o dövrdəki dövlət katibi Con Kerri ilə parkda gülərək gəzən və söhbət edən nazirin hərəkətləri parlament deputatlarının xoşuna gəlməmiş və kəskin tənqid olunmuşdu.

Həmçinin yoxlayın

On yeddi yaşlı yeniyetmə Vahid Əsğərinin qeyri-müəyyən vəziyyətdə həbsi davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Səhənd şəhərində yaşayan 17 yaşlı məktəbli Vahid Əsğəri …

Qadınlar molla rejimin hicab zorakılığına qarşı dirənməyə davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, molla rejimi yenidən qadınlara məcburi hicaba görə vəhşilik …

Bir cavab yazın