Çərşənbə axşamı , Sentyabr 29 2026
azfa

İran adlanan ölkə İraqı istismar edir

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə,  İran adlanan ölkə davamlı olaraq İraqın təbii sərvətlərini istismar edir. Bu barədə “Bağdad Post” qəzetində yayımlanmış bir araşdırmada məlumat verilir.

“İraq 1980-1988-ci illərdə yaşanan müharibədə İranı böyük itkilərə məruz qoydu, uğursuzluğa düçar etdi. Hazırda rəsmi Tehran o savaşda verdiyi itkilərin intiqamını almağa çalışır. İran həmişə iraqlılara zərər vermək istəyən bir qonşu olub. Bu ölkə İraqı parçalayıb özünə götürmək üçün hər cür yola əl atır”, – araşdırma yazısında deyilir.

Yazıda həmçinin qeyd olunur ki, İraq BMT-dən müşahidəçi tələb edərək, araşdırma başlatmalıdır:

“Müşahidəçi təyin olunsa, dünyada böyük xaos yaranacaq və İranın İraqın pullarını necə mənimsədiyini görən hər kəs şoka düşəcək”.

Müəllif İranın Amerikanın İraqda apardığı müharibə zamanı Bağdada məxsus xeyli silah-sursatı oğurladığını yazıb.

Həmçinin yoxlayın

Son aylarda Hörmüz boğazından 1 milyarddan çox barrel neft keçib

GADTB: ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) sentyabrın 28-də, bazar ertəsi, “X” sosial şəbəkəsində bildirib …

Sayın Sara xanım Azərsunun Türk Akademisiyənlər Birliyinin beynəlxalq konfransında çıxış edib

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) İnsan Haqları Departamentinin sədri sayın Sara xanım Azərsun …

Bir cavab yazın