Cümə axşamı , Yanvar 2 2025
azfa

“İran Azərbaycana qarşı üstüörtülü təhdidlər irəli sürməyə və Ermənistanla müttəfiq olmağa davam etdikcə, regionda qeyri-sabitlik riski artır”

GADTB: “EU Today” nəşrində “İranın Zəngəzur dəhlizinə qarşı çıxması Azərbaycan və Ermənistanla münasibətləri çətinləşdirdiyindən gərginlik artır” başlıqlı məqalə dərc edilib.

Nəşr yazır ki, İran Zəngəzur dəhlizinin açılmasına sərt şəkildə qarşı çıxır və bu layihəni öz milli təhlükəsizliyi və regional təsirinə potensial təhlükə kimi görür.

“İran Azərbaycana qarşı üstüörtülü təhdidlər irəli sürməyə və Ermənistanla müttəfiq olmağa davam etdikcə, regionda qeyri-sabitlik riski artır. Çünki Tehran artıq Yaxın Şərqdəki münaqişələrə cəlb olunub, Cənubi Qafqazda “ikinci cəbhə” açmaq cəhdi ciddi nəticələrə səbəb ola bilər”, – deyə, məqalədə vurğulanıb. / Azad İran

Həmçinin yoxlayın

İrqçi farslar yarış zamanı Azərbaycan türklərinə qarşı nalayiq ifadələr səsləndiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranlı və Yəzdli irqçi farslar türklərə və Azərbaycana …

Suriyada kürd terror təşkilatlarına qarşı mübarizə davam edir

GADTB: Suriyada Fərat çayının şərqində Azad Suriya Ordusu (ASO) ilə terror təşkilatı PKK/PYD/YPG/SDG arasında qarşıdurmalar …