Çərşənbə , Oktyabr 21 2026
azfa

İki türk ölkəsi Azərbaycan Özbəkistan arasında təlim həyata keçirildi

GADTB: Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində Azərbaycanla Özbəkistan arasında keçirilən “Məharət-2024” kompüter dəstəkli birgə komanda-qərargah təliminin bağlanış mərasimi keçirilib.

Çıxışçılar təliminin əsas məqsədinin müttəfiq qüvvələrin koordinasiyasını və effektivliyini artırmaq, strateji tərəfdaşlığımızı inkişaf etdirmək olduğunu bildiriblər.

Ümumilikdə təlimin gedişatı, iştirakçıların müasir kompüter texnologiyalarından istifadə və qərar qəbuletmə bacarıqları müsbət qiymətləndirilib.

Qeyd olunub ki, qarşıya qoyulan bütün tapşırıqların icrasında hər iki ölkənin hərbi qulluqçuları yüksək peşəkarlıq nümayiş etdiriblər.

Sonra iştirakçılara sertikifikatlar təqdim edilib, təlimdə fərqlənən bir qrup hərbi qulluqçu mükafatlandırılıb.

Mərasim Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkil etdiyi konsert proqramı ilə başa çatıb.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …