Şənbə , İyul 27 2024
azfa

İran Azərbaycanı Ermənistana görə hədələməyə davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanı himayə edən irqçi fars-molla rejimi Azərbaycanı hədələməyə davam edir.

İran məclisinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Hüseyn Nuşabadi Zəngəzur dəhlizini nəzərdə tutaraq, Azərbaycanı hədələyib vəö deyib: “Heç bir ölkənin İranın ərazi xəritəsini və sərhədlərini dəyişməyə haqqı yoxdur”.

Hüseyn Nuşabadi Ermənistanın Qafan şəhərində İranın ilk baş konsulluğunun açılmasına toxunaraq, dolayısı ilə Azərbaycanın ünvanına hədə yağdırıb: “Bu baş konsulluq ona görə yaradılıb ki, hamı bilsin ki, heç bir ölkənin İranın ərazi xəritəsini və sərhədlərini dəyişmək və İran sərhədlərini işğal etmək hüququ yoxdur”.

Deputat daha sonra bildirib ki, İran geosiyasi və coğrafi dəyişiklikləri məqbul hesab etmir və biz ölkəmizin ərazi xəritəsini pozmaq istəyən istənilən ölkənin əleyhinəyik: “Ölkəmizin sərhədləri, qonşuları aydındır və mövcud quruluşu pozmaq, sərhədləri dəyişmək məqsədəuyğun deyil.”

Qeyd edək ki, Azərbaycanın 20 faiz ərazilərini və xüsusilə böyük sərhəd hissəsini Ermənistan işğal edəndə İran Ermənistanı hədələmir, əksinə işğalçı Ermənistanı dəstəkləyirdi.

Həmçinin yoxlayın

Arazdəyənin üzərində Azərbaycan Bayrağı dalğalanır

GADTB: Arazdəyənin üzərindəki strateji yüksəklikdə Azərbaycan bayrağı dalğalanır. Bu barədə məlumat və fotonu erməni vəkil …

“Türk əsri”ni qurmaq üçün bütün sahələrdə böyük səylər göstəririk

GADTB: İkinci Dünya müharibəsi qaliblərinin iqtisadi, siyasi, hərbi və diplomatik maraqlarını qorumaq üçün qurulan hazırkı …