Çərşənbə axşamı , Noyabr 17 2026
azfa

İran Beynəlxalq maliyyə təşkilatının qara siyahısında qaldı

Maliyyə Fəaliyyəti İşçi Qrupu (FATF) İranın qara siyahısında qaldığını elan edib və öz üzvlərindən 19 saylı tövsiyə məktubuna uyğun olaraq İranın fiziki və hüquqi şəxsləri ilə bütün maliyyə, ticarət və bank əlaqələrini məhdudlaşdırmağı tələb edib.

Bu barədə Maliyyə Fəaliyyəti İşçi Qrupu (FATF) saytında məlumat verilib.

Qrup yeni iclasında bəyan edib ki, İran Palermo və CFT konvensiyalarını ratifikasiya edib həyata keçirmədiyinə görə, bu ölkə Şimali Koreya və Myanma ilə birlikdə bu təşkilatın əks-tədbir siyahısında qalacaq.

Maliyyə Fəaliyyəti üzrə İşçi Qrup İranın vəziyyətinin 2020-ci ildən bəri dəyişmədiyini və fəaliyyət planını tamamlayana qədər qrupun qara siyahısında qalacağını vurğulayıb.

Digər tərəfdən, hətta İran Palermo müddəalarını və Terrorun Maliyyələşdirilməsi Konvensiyasını ratifikasiya etsə belə, FATF növbəti addımlara, o cümlədən əks tədbirlərin ləğv edilib-edilməməsinə qərar verəcək.

Həmçinin yoxlayın

Səhənd stadionu “Traxtur” komandasına verilir

GADTB: Təbrizin 70 min nəfərlik Səhənd stadionu “Traxtur” İdman Klubuna verilir. Bu haqda İran İdman …

İran zindanlarında məhbuslar çörək dilənirlər

GADTB: “Iran Wire” nəşri Tehran və Evin zindanlarında qida çatışmazlığı və məhbusların istismarı ilə bağlı …