İran Ermənistanın Araz çayı üzərində bənd tikməsini dəstəkləyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Araz çayını çirkləndirib Araz boyu, xüsusilə Güney Azərbaycan ekoloji fəlakətə səbəb olan Ermənistan İranın xeyir-duası ilə Araz çayı üzərində bind tikməyi planlaşdırır.

İranın energetika naziri Əliəkbər Mehrabian İran-Ermənistan İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri kimi yüksək səviyyəli nümayəndə heyəti ilə birlikdə bu gün bu məqsədlə İrəvana səfərə gedir.

İranın Energetika Nazirliyi ilə Ermənistan arasında əməkdaşlığın əsas istiqamətlərindən biri daim Ermənistan üçün su bəndinin tikintisində iştirakı məsələsi olub.

Qeyd edək ki, Ermənistanda su bəndlərinin əksəriyyəti Araz çayının qolları üzərində tikilib.

Habelə Araz çayının çirklənməsinin böyük hissəsi İrəvanın Araz çayı boyunca apardığı kimyəvi və nüvə fəaliyyəti, habelə həmin çaya nüvə tullantılarının və radioaktiv maddələrinin axıdılması ilə əlaqədardır. Bu da Güney Azərbaycanın Qaradağ və Muğan bölgəsində xərçən tsunamisinə səbəb olub.

Həmçinin yoxlayın

Molla rejimi adi şəxslərin əmlakını müsadirə etməyə davam edir

GADTB: İranda Tehran Prokurorluğu tərəfindən 250 nəfərin əmlakı müsadirə olunub. Bu barədə İRNA agentliyi məlumat …

Tramp: İranın cavabının qəbul edilməyəcəyini və raket potensialının məhv ediləcəyini bildirdi

GADTB: ABŞ prezidenti Donald Tramp İranın münaqişəyə son qoymaq üçün təqdim etdiyi cavabın Vaşinqton tərəfindən …