Cümə , Aprel 19 2024
azfa

İran-Ermənistan əlaqələrinin inkişafı

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, İranın Azərbaycana qarşı yetişdirdiyi Salar Seyfəddini “Azariha” adlı anti-Azərbaycan saytında yazır:

“İranın Ali Milli Təhlükəsizlik Şurası katibinin ötən həftə Ermənistana səfəri çox önəmlidir. Bu qəbildən danışıqlar və səfərlər çox vaxt Xarici İşlər Nazirliyi tərəfindən Ali Milli Təhlükəsizlik Şurasının müəyyən etdiyi qərarlar və siyasət çərçivəsində həyata keçirilir. Lakin sözügedən şuranın katibinin başqa ölkələrə şəxsi səfəri əsasən mühüm hadisədir ki, bu da təbii ki, erməni həmkarının dəvəti çərçivəsində baş tutmuş ola bilər. Şamxaninin rəsmi və dərc olunan bəyanatlarında qeyd etdiyi diplomatik və geosiyasi kodlar da əhəmiyyətlidir.

İranın daim işğalçı Ermənistana hərtərəfli dəstəyindən bəhs etməyən “siyasi şərhçi” Azərbaycana qarşı qərəzli fikirlərini belə davam etdirir: “Ötən ilin sentyabr və oktyabr aylarında İran Ermənistanın cənubda yerləşən “Sünik” (Şərqi Zəngəzur) vilayətinin mümkün “işğalı” məsələsinə qarışdı və İranın hərbi komandirləri sərhədlərin dəyişməzliyini qətiyyətlə dəstəklədilər. Yerevanda olan Şamxani bir daha İranın regionda sərhədlərin geosiyasi dəyişikliyinə qarşı olduğunu vurğuladı ki, bu da İran diplomatiyasının dilində müəyyən məna kəsb edir”.

30 il boyunca Tehran hökumətinin Ermənistanın Qarabağı işğal altında saxlamasına göz yuman və indiyədək Xocalı qətliamından bir dəfə belə olsun söz açmayan “ekspert” əlavə edib: “İran-Ermənistan sərhədi, demək olar ki, heç bir daxili problem yaşanmayan 15 qonşu arasında İranın ən təhlükəsiz quru sərhədlərindən biridir və tranzit axını hər iki tərəfin tam nəzarəti altındadır. Sərhəd məsələsi ilə yanaşı, Ermənistan bir ölkə kimi də həmişə İranla yaxşı qonşu olub və indiyədək iki ölkə arasında xüsusi problem yaşanmayıb.

“Sünik” sərhədi İranın Avrasiya İqtisadi İttifaqına çıxışı baxımından vacibdir, çünki Ermənistanla quru sərhədi olmadan İranın sözügedən ittifaqda mövcudluğu ağlasığmazdır. Elektrik enerjisi müqabilində qaz siyasəti və iki ölkə arasında üçüncü yüksək gərginlik xəttinin tamamlanması Rusiya, Gürcüstan, Ermənistan və İran arasında qaz və elektrik şəbəkəsini tamamlayacaq. Türkmənistanın İran üzərindən Aşqabad və Yerevan arasında qaz svop əməliyyatı yolu ilə həmin şəbəkəyə qoşulması ilə ortaya unikal layihə çıxacaq: Çünki bu halda İran həm Türkmənistanla Bakı, sonra isə Türkmənistan və Ermənistan arasında svop əməliyyatı yolu ilə böyük enerji şəbəkəsinin mərkəz hissəsinə çevriləcək”.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …